sms

tebrik mesajlari

*Home [ana sehife]

??1 стиль1 стиль2" align="center">Sevgililər günü

1. Sən günəşin doğduğu, qaranlığın bitdiyi yerdəsən həmişə qəlbimdə yatan tək sevgilimsən. Sevgililər günün mübarək.

2. Bütün fəsilləri bir gündə, bütün illəri bir fəsildə yaşamağa razıyam səninlə. Neçə belə sevgililər gününü birlikdə keçirmək arzusuyla.

3. Bu sevgililər günündə sənə bir ağ göyərçin yollayıram. Qanadlarında xoşbəxtlik, ürəyində sevgi və səadət, qar kimi ağ lələklərində ümid və dimdiyində bir öpücük.

4. Bir dəstə gül vermək istəyirəm sənə. Əslində güllərdən gözəlsən. Gülü bir gün səni isə sonsuza qədər sevirəm.

5. Doğan hər günün səhərində içimdə gözlərini görə bilmək eşqi olmasa, inan heç bir şeyə dəyməzdi yaşamaq. Sevgililər günün mübarək.

 

Bayram təbrikləri

1. Arzum budur novruz qüssə-qəmin yox olsun, ürəklərdən getsin buz, sevgi payın çox olsun! Novruz Bayramınız Mübarək!

2. Əzizinəm yaz gəlsin, yaz gəlsin bahar gəlsin, bu novruz bayramında qəm getsin, sevinc gəlsin! Novruz bayramınız mübarək!

3. Sevgi dolu nur dolu novruz qarşılayaq, qoy bu bahar yaz boyu gün saçsın parlaq-parlaq! Novruz bayramınız mübarək!

4. Gəldi bahar bayramı, ilin gözəl bayramı, qədəmlərin xoş olsun Novruza deyir hamı. Novruz Bayramınız Mübarək!

5. Yetişdi bahar yenə. Bahardır yenə, getsin ayazlı günlər, gəlsin novruzum yenə! Novruz bayramınız mübarək!

6. Bu bahar bayram gələr, toy gələr, nişan gələr, Novruzun görüşünə el gələr oba gələr. Novruz bayramınız mübarək!

7. Gəlir bahar avazı, yaz ətri, yaz avazı, bu Novruz qovuşanlar duymasın qəm avazı. Novruz bayramınız mübarək!

8. Gəl-gəl a yaz günləri. Bahar bayram günləri. Bu Novruz bayramında ilin xoş günləri. Novruz bayramınız mübarək!

 

 

Ad günü təbrikləri

 

1. Yoxluğun yağışa yazı yazmaq qədər çətin, sənsizlik ölüm qədər acı, sən nəfəs qədər lazımlı, canım qədər dəyərlisən. Ad gününü təbrik edirəm.

2. Bir il daha geridə qaldı, amma heyfsilənmə zaman tez keçir deyə. Unutma ki, hər kəs eyni şeyi yaşayır. Ümidvaram ki, bu ilin sonunda geriyə dönüb baxan da "gözəl bir il idi" deyəcəksən.

3. Arzu edirəm ki, bu gün arzuladığın bütün arzuların gerçəkləşsin. Gələcəyini düzəldən hər yeni gün, bir əvvəlkindən daha gözəl, istəklərinə uyğun və səni xoşbəxt edəcək şəkildə olsun! Yanında deyiləm amma qəlbimin ən dərin yerində bu günü səninlə keçirirəm. Ad günün mübarək.

4. Dostlar ulduzlar kimidir, onları hər zaman görə bilmirsən, amma sənin üçün hər zaman var olduqlarını və səni düşündüklərini bilirsən. Bu gün məni görə bilməsən də bil ki, yanındayam. Sənin kimi dosta sahib olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Ad günün mübarək, neçə-neçə belə illərə çıxasan.

5. Səsim gözəl olmadığı üçün sənə ad günü mahnısını oxuya bilmirəm. Buna görə də sənə qısa mesaj göndərirəm. Ad günün mübarək!

6. Ad günün mübarək! Hər yeni günün ötən günlərdən daha gözəl, istəklərinə uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını arzulayıram.

7. Yaşa! Sev! Gül! Bunlar əksik olmasın yaşamından. Yaşın neçə olursa olsun, hər şeyin ən gözəli səninlə olsun. Xoşbəxt nəslə və həyat dolu yaşlara.

8. Yarpaqlara, güllərə, yaşıllara, aylara, neçə-neçə illərə, neçə-neçə günlərə. Yarpaq gülə, al yaşıla yaraşır, ömrün boyu yaraşasan daha uca zirvələrə. Ad günün mübarək!

9. Ad günün mübarək! Bu ad günündə sənə sonsuz xoşbəxtlik, sadiq dost, gözəl həyat və saf məhəbbət arzulayıram.

10. Bu ad günündə sənə nə arzulaya bilərəm. Arzu edirəm ki, hər zaman qəm kölgəsi sənin gözlərini, kədərləndirməsin. Təbrik edirəm!

11. Təbrik edirəm! Arzu edirəm kədər səndən uzaq olsun və gələcək günlər daim sənə yaxşı əhval-ruhiyyə bəxş etsin!

12. Sənin bu sevincli gününü təbrik edirəm! Arzu edirəm həyatın bütün çətinlikləri səndən uzaq olsun!

13. Bütün proqressiv cəmiyyət sənin ad gününü qeyd etməyə hazırlaşır! Səmimi qəlbdən atəşli təbriklər.

14. Arzu edirəm ki, yeni yaşında xoşbəxtliyin ən gözəlini yaşayıb, uğur nərdivanlarını asanlıqla dırmanasan və arzu edirəm ki, həmişə üzün gülsün. Dünyada tayı olmayan gözəllik varsa o da səndədir. Həmişə sevgi dolu qalman və xoşbəxt olman arzusuyla. Ad günün mübarək.

 

 

 

1. Bəzi şeylər sevilir çünki onlar dəyərlidir, bəzi şeylər dəyərlidir çünki onlar sevilir. Qadınlar hər ikisinə layiqdir. 8 Mart bayramın mübarək!

2. Dünyanın ən gözəl qadınını 8 Mart beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edirəm! Həyatın hər zaman sevgi ilə dolu olsun.

3. 8 Mart qadınlar günü münasibəti ilə sizi təbrik edirəm. Arzu edirəm su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl qalasınız.

4. Bu gün dünyanın qadınlar qarşısında baş əydiyi gündür. Hamının varlığı sizə borcludur. 8 Mart bayramınız mübarək.

5. Məktub sizindir buyurun açın, məktubun cavabını tez yola salın. Məktubu açan böyük ehtiram, məktubu oxuyana ürəkdən salam. 8 Mart bayramınız mübarək.

??1 стиль1" align="left">

 

8 mart beynəlxalq qadınlar günü münasibəti ilə təbriklər.
BugŁn 3 Besucher (3 Hits) kişi burdaydı!
=> Willst du auch eine kostenlose Homepage? Dann klicke hier! <=